Rusiya Qış Paralimpiya Oyunlarından kənarlaşdırıldı

2018-ci ildə Pxençxanda keçiriləcək Qış Paralimpiya Oyunlarında Rusiya komandasının iştirakına qadağa qoyulub. SportLine.az xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven məlumat verib.

Rusiya Paralimpiya Komitəsinin üzvlüyə qəbul və ölkə paralimpiyaçılarının beynəlxalq yarışlara buraxılmaları üçün müraciətini rədd edib. Bu qərar ali qurumun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki İcraiyyə Komitəsinin iclasında Rusiya tərəfinin təqdim etdiyi sənədlərə baxıldıqdan sonra qəbul olunub.

F.Kreyven deyib ki, Rusiya paralimpiyaçıları Oyunlara seçim xarakterli dağ xizəkçiliyi, biatlon, snoubord və xizəkçilik yarışlarında neytral bayraq altında çıxış edə bilərlər.

Qeyd edək ki, İPC ötən ilin avqustunda Rusiyanın 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarından kənarlaşdırılmasına qərar verib.