Rusiyada məçid tikdirən türk futbolçu: "Bəzən, oruc tutmaq peşəkarlıqla uzlaşmır"

Rusiyanın "Rubin" klubunun futbolçusu Göydəniz Qaradəniz Rusiya mətbuatına yeni müsahibə verib. Sportline.az xəbər verir ki, sovsport.ru saytının suallarını cavablandıran 37 yaşlı yarımmüdafiəçi bəzi maraqlı məqamlara toxunub. Məsələn, Kazanda məçid tikdirən sabiq "trabzonsporlu" təlim-məşq toplanışlarında oruc tutmadığını açıqlayıb: "Toplanışlarda bu mümkün deyil. Təbii ki, əgər, özünə peşəkarlıqla yanaşırsansa. Yüklənmələr zamanı orucun tələblərinə əsasən səhərdən axşamadək ac-susuz qalmaq olmaz. Qalan vaxtlarda isə, oruc tuturam "