Rusiyalı bombardir "Beşiktaş"a "yox" dedi

“Beşiktaş” Rusiyanın ən güclü hücumçularından sayılan Fyodor Smolovun “oxuna çıxıb”. Sportline.az Fanatik-ə istinadən xəbər verir ki, “qara qartal” “Krasnodar”ın forvardına ünvanladığı ilkin təkliflərə müsbət cavab almayıb. Bununla belə, istanbullular danığıqları davam etdirirlər. Qeys edək ki, Smolov eyni zamanda Dortmund “Borussiya”sının da maraq dairəsindədir. Futbolçu cari mövsümdə meydana çıxdığı 18 oyunda 15 qol vurub.