Ruslan Abışov "Neftçi"də

Milli komandamızın üzvü Ruslan Abışovun “Neftçi”yə dönüşü ilə bağlı xəbərlər təsdiqini tapıb. Sportline.az xəbər verir ki, bu haqda paytaxt klubunun rəsmi səhifəsində məlumat yaılıb. “İnter”lı yollarını ayıran yarımümdafiəçi qarşıdakı il yarımı ağ-qaraların heyətində keçirəcək. Xatırladaq ki Neftçinin yetirməsi olan 29 yaşlı futbolçu 2006-2012-ci illərdə komandanın şərəfini qoruyub. Milli komandanın üzvü həmçinin, "Xəzər Lənkəran”, "Rubin” (Rusiya), "Qəbələ” və "İnter" klublarında forma geyinib.

Banner