Ruslan Abışov Premyer Liqa klubunda
“Zirə” klubu heyətə daha bir futbolçu cəlb edib.
Sportline.az xəbər verir ki, paytaxt klubu Ruslan Abışovla müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə növbəti mövsümün sonuna kimi anlaşılıb.
Qeyd edək ki, 33 yaşlı futbolçu daha əvvəl ölkəmizdə "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "Keşlə", "Sabah", həmçinin Rusiyanın "Rubin" klubunun şərəfini qoruyub. Abışov Azərbaycan millisinin heyətində 59 matçda 4 dəfə fərqlənib.