"Sabah" "Kəpəz"lə heç-heçə edib
Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah" "Kəpəz"lə heç-heçə edib.
Sportline.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb.
Hesabı qonaqlar açıb. 4-cü dəqiqədə Orxan Əliyev dəqiq zərbə müəllifi olub.
32-ci dəqiqədə o, növbəti dəfə adını tabloya yazdırıb. Lakin O. Əliyev bu dəfə avtoqol müəllifi olub. 73-cü dəqiqədə Kahim Parris "bayquşlar"ı hesabda irəli çıxarsa da, final fitinə 1 dəqiqə qalmış Nicat Süleymanov vurduğu qolla qərb təmsilçisini məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" isə "Turan Tovuz"la (1:1) heç-heçə edib.