"Sabah" klubu da koronavirus testindən keçdi

"Sabah" klubunun futbolçu, məşqçi heyəti və digər əməkdaşları koronavirus (COVİD-19) testindən keçib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, testin nəticəsi hamıda neqativ çıxıb.

Qeyd edək ki, dünən "Qarabağ", "Neftçi" və "Zirə" klubunun üzvləri, həmçinin azərbaycanlı hakimlərdən koronavirusla bağlı analiz götürülüb.