"Sabah"ın hazırlıq planı

"Sabah”ın yay hazırlıq planı bəlli olub.

Sportline.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, futbolçular iyulun 1-də Bakıda yığışacaqlar.

Təlim-məşq toplanışının ilk iki həftəsi ölkə daxilində baş tutacaq. İyulun 15-də Gürcüstanın paytaxtı Tbilisiyə yollanacaq "ağ-göylər” iki həftə burada hazırlıq keçəcək.

Bakıda 2, Tbilisidə isə 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da "Bank Respublika Arena”da "Zirə” ilə üz-üzə gələcək. Digər rəqiblər hələ ki, bəlli deyil.