"Sabah"ın Moldovaya yollanacağı tarix müəyyənləşib

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub"la oyun üçün Moldovaya yollanacağı tarix müəyyənləşib.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bakı təmsilçisi Moldovaya iyulun 23-də, gecə saatlarında yola düşəcək.

Baş məşqçi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı yerli vaxtla saat 18:30-da, komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə 19:00-da start götürəcək.

Paytaxt təmsilçisibu səfərdə dəstəkləyəcək azarkeş sayı hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Petrokub" - "Sabah" matçı iyulun 24-də Kişineudakı "Zimbru" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.