"Sabah"ın planı

"Sabah" paraqvaylı hücumçusu Xulio Rodrigesi heyətdə saxlamaq istəyir.
 
Sportline.az xəbər verir ki, Fanat.az-ın məlumatına görə, Masazır təmsilçisi ön xətt oyunçusu ilə danışıq aparır. Məsələ rəsmən həllini tapmasa da, Rodrigesin gələn ay birillik anlaşmaya imza atacağı gözlənilir.
 
Cənubi amerikalı forvardın bu ilin yanvarında "Zirə"ni "Sabah"a dəyişdiyini və yarım mövsümlük müqaviləyə qol çəkdiyini xatırladaq.