Sabiq "Arsenal"lı futbola geri döndü
Fransalı yarımmüdafiəçi Fransis Koklen yeni komandası ilə anlaşmaya gəlib.
Sportline.az xəbər verir ki, o, Fransa Liqa 1 təmsilçisi "Nant"la 6 aylıq müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb. Koklen son 6 ayda peşəkar futbol oynamayıb.
33 yaşlı yarımmüdafiəçi son 7 ilini La Liqada keçirib – 3 il "Valensiya", 4 il isə "Vilyarreal"ın heyətində çıxış edib. O, ötən yay "Vilyarreal"dan ayrılıb.
Koklen "Arsenal" akademiyasının yetirməsidir və karyerasının əvvəlində London klubunda forma geyinib.
"Nant" hazırda Liqa 1-də qalmaq uğrunda mübarizə aparır.