Sabiq "Barsa"lıdan "Real" əleyhinə açıqlama

"Barselona"nın sabiq prezidenti Xoan Qaspart son açıqlaması ilə diqqət çəkib.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o deyib ki, koronavirusla bağlı yaranan fasilədən əvvəl lider "Real" olsaydı, bu mövsüm vaxtından əvvəl başa çatdırıla bilərdi:

"Koronavirusla bağlı fasilədən öndə "Real" turnir cədvəlində 1-ci olsaydı, La Liqa vaxtından əvvəl sonlandırıla bilərdi".

Qeyd edək ki, La Liqanın iyunun 8-də bərpası planlaşdırılır. Hazırda turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir. "Real" 56 xalla 2-ci, "Sevilya" 47 xalla 3-cüdür.