Sabiq "barselonalı" Mançester yolunda

"Barselona"nın sabiq qapıçısı Viktor Valdes "Mançester Siti"nin maraq dairəsindədir. "Midlsbro" ilə daha 1 illik müqaviləsi olsa da 35 yaşlı futbolçunun Premyer Liqadan aşağı diviziona yuvarlanan komandada qalacağı inandırıcı deyil. Bu transferin reallaşmasında baş məşqçi Xosep Qvardyola ilə Valdesin keçmiş işbirliyi də həlledici rol oynaya bilər. Xatırladaq ki, onlar 4 il "Barselona"da birlikdə çalışıblar.