Sabiq “Çelsi”li “Mançester Yunayted”ə keçə bilər
"Çelsi"nin sabiq futbolçusu Konor Qallaher karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
"Atletiko Madrid" klubu Qallaher üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, 25 yaşlı oyunçu İspaniya təmsilçisinə 2024-cü ilin yayında "Çelsi"dən 42 milyon avro qarşılığında transfer olunmuşdu.