Sabiq "Everton"lu "Liverpul"a keçə bilər

"Nyukasl Yunayted"in sol cinah vingeri Entoni Qordon "Liverpul"un maraq dairəsinə düşüb.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi yanvar ayında "Nyukasl"a rəsmi təklif göndərəcək.

24 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avrodur.

Qeyd edək ki, E.Qordon bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 4 qol, 1 asistlə yadda qalıb.

"Nyukasl Yunayted"in rəhbərliyi oyunçusunu satmaq niyyətində deyil.

Xatırladaq ki, Qordon 2017-2023-cü illər ərzində "Liverpul"un əzəli rəqibi "Everton"da çıxış edib.