Sabiq "Fənərbağça"lı "Beşiktaş"a gələ bilər

"Mançester Yunayted"in qapıçısı Altay Bayındır karyerasını yenidən Türkiyə Superliqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Beşiktaş" 27 yaşlı kiperi heyətinə qatmaq istəyir.

Bu haqda "Talk Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Bayındır cari mövsüm meydana çıxdığı 6 oyunda qapısında 11 top görüb.

Təcrübəli oyunçu bir vaxtlar "Fənərbağça" forması geyinib.