Sabiq "Qalatasaray"lı "Beşiktaş"ın hədəfindədir
"Qalatasaray"ın sabiq futbolçusu Kerem Aktürkoğlu "Beşiktaş"ın transfer hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, bu haqda "A Spor" kanalı məlumat yayıb.
26 yaşlı sol cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 24 milyon avrodur.
Qeyd edək ki, Kerem ötən mövsüm "Benfika"nın heyətində çıxış etdiyi 53 matçda 16 qol 10 məhsuldar ötürmə müəllifi olub.