Sabiq "Qarabağ"lı Türkiyə klubunda

Türkiyənin "Adanaspor" klubunun yeni baş məşqçisi açıqlanıb.

Sportline.az xəbər verir ki, I Liqa təmsilçisini Ömder Karaveli çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssislə 2023-cü ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasında çalışıb. O, ötən mövsümdə "Beşiktaş"ın baş məşqçisi olub.