Sabiq "Səbail"li İsveç klubunda

"Səbail"in sabiq futbolçusu Enrike Mouranın yeni klubu müəyyənləşib. 

Sportline.az xəbər verir ki, 28 yaşlı müdafiəçi İsveçin QAİS komandasın keçib. Braziliyalı oyunçu ilə bir illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Enrike Moura 2018-2019 mövsümündə "Səbail"in formasını geyinib. QAİS İsveçin səviyyəcə ikinci liqasında çıxış edir. Komanda 18 turdan sonra 16 kollektiv arasında 19 xalla 13-cü yerdə qərarlaşıb.