Anatoli Nuriyev Macarıstan klubunda
"Zirə"dən ayrılan Anatoli Nuriyevin yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını ölkə xaricində davam etdirəcək.
Azərbaycan millisinin üzvü Macarıstanın "Kişvarda" klubu ilə müqavilə imzalayıb. Bu barədə yüksək liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azad agent statusunda "Kişvarda"ya qoşulan futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Anatoli Nuriyev bu ilin fevralında "Zirə"yə keçmişdi. Hücumameyilli yarımmüdafiəçi komandada 13 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.