“Sabah”ın 3-cü mərhələdəki rəqibi müəyyənləşir

Bu gün “Sabah”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.

Sportline.az-ın xəbərinə görə, Azərbaycan çempionunun rəqibi “Lex” (Polşa) – “Orhus” (Danimarka) cütünün qalibi olacaq. Bu komandaların ilk görüşündə “Lex” səfərdə 4:1 hesabı ilə qələbə qazanmaqla növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans qazanıb.

Komandaların cavab qarşılaşması Poznan şəhər stadionunda keçiriləcək. Oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, ÇL-də 3-cü təsnifat mərhələsinin matçları 4/5 avqust və 11 avqusta təyin edilib. “Sabah” ilk oyununu səfərdə keçirəcək.

Banner