"Yuventus" və PSJ transfer yarışına girib
"Parma"nın qapıçısı Zion Suzuki klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Yuventus" və PSJ 23 yaşlı kiperi heyətinə qatmaq istəyir.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, Z.Suzuki dəyəri 30 milyon avrodur.