“Sabah”dan möhtəşəm uğur

Azərbaycan təmsilçisi "Sabah" Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada "KuPS"un qonağı olub. 

Bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bugünkü görüşdə isə Azərbaycan klubu 2:0 hesabı ilə qalib gələrək 3-cü təsnifat mərhələsinə yüksəlib.

Bu isə o deməkdir ki, "Sabah" ən azı Konfrans Liqasında Liqa mərhələsini təmin edib.

"Sabah" ÇL-in 3-cü təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. "Lex" səfərdə keçirdiyi ilk görüşdə "Orhus"a 4:1 hesabı ilə qalib gəlib. Komandaların cavab matçı iyulun 29-da Polşada keçiriləcək.

28 iyul

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

19:00. "KuPS" (Finlandiya) - "Sabah" (Azərbaycan) - 0:2 

Qol: Velko Simiç, 53, Coy-Lens Mikels, 70

Baş hakim: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)

VAR: Daniel Bar Natan

AVAR: Eitan Şumelevitz

Banner