Saka "Arsenal"da iz qoydu

Bukayo Saka “Arsenal” tarixində iz qoydu – İngiltərə millisinin ən məhsuldar “topçusu” oldu.

Sportline.az xəbər verir ki, “Arsenal”ın ulduzu Bukayo Saka İngiltərə millisinin Uels üzərində keçirdiyi yoldaşlıq görüşündə vurduğu möhtəşəm qolla klub tarixində adını qızıl hərflərlə yazdırıb.

İngiltərə millisi artıq Morqan Rocers və Olli Uotkinsin qolları ilə önə keçmişdi ki, 24 yaşlı Saka 20-ci dəqiqədə hesabı 3:0-a çatdırdı.

O, cərimə meydançasının kənarından topu qapının uzaq “doqquzluğuna” göndərərək Karl Darlouya heç bir şans qoymadı.