Saka illik 12.5 milyon avro maaş alacaq

"Arsenal"ın ingiltərəli futbolçusu Bukayo Saka klubla yeni müqavilə imzalayacaq.

Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən 24 yaşlı oyunçu illik 12.5 milyon avro maaş alacaq.

Buda Sakanın həftəlik maaşının 235 min avro olmasıdır.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm meydana çıxdığı 13 matçda 5 qolla yadda qalıb.