Salah bu xəbərin yalan olduğunu deyib
"Liverpul"un misirli futbolçusu Mohamed Salah klubla yeni müqavilə imzalayacağı xəbərlərini təkzib edib.
Sportline.az "Sky Sport"a istinadən xəbər verir ki, Salah jurnalistlərə müsahibəsində bu fikirləri səsləndirib;
"Liverpul"la yeni müqavilə imzalayacağım xəbərləri yalandır. Hələ ki belə görüşməmiz olmayıb. Mən hazırda fikrimi Premyer Liqaya yönəltmişəm", - deyə Salah bildirib.
Qeyd edək ki, M.Salahın "Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatacaq.
32 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 matçda 20 qol və 17 asistlə yadda qalıb.