Salah “Liverpul”da ayrılır - Ronaldo ilə birgə çıxış edə bilər
"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Əl-Nəsr" misirli vingerin xidmətində maraqlıdır.
Ərəblər Salaha həftəlik 1,2 milyon funt-sterlinq maaş təklif etməyi planlaşdırır.
Bu isə 33 yaşlı oyunçunun İngiltərə klubunda aldığı məvacibdən 3 dəfə çoxdur.