Salah “Liverpul”dan ayrılır?
“Liverpul”un misirli futbolçusu Mohamed Salah yanvar ayında klubdan ayrılmayacaq.
Sportline.az xəbər verir ki, bu haqda “Mail on Sunday” nəşri məlumat yayıb.
33 yaşlı sağ cinah vingerinin Mersisayd klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Salahın dəyəri 30 milyon avrodur.
O, cari mövsüm çıxış etdiyi 20 matçda 5 qol, 4 asistlə yadda qalıb.