Salah PSJ-ni rədd edib

"Paris Sen-Jermen" klubu Mohamed Salahı mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir.

Sportline.az "Yallakora" nəşrinə istinadən xəbər verir ki, Mohamed Salah PSJ-nin təklifini rədd edib.

Təcrübəli futbolçu "Liverpul"un yeni müqavilə təklifini dəyərləndirəcək.

Qeyd edək ki, Salahın hazır ki dəyəri "Transfermarkt" portalına görə 55 milyon avrodur.

O cari mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 23 matçda 16 qol və 13 asistlə yadda qalıb.