Salaha illik 150 milyon avro maaş təklif edilib

"Liverpul"un misirli ulduz futbolçusu Mohamed Salaha illik 150 milyon avro maaş təklif edilib.

Sportline.az xəbər verir ki, bunu adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu edib.

Bu haqda jurnalist Qreymi Beyli məlumat yayıb.

Qeyd edək ki, Salahın "Liverpul"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.