Salahın əsas hədəfi

"Liverpul"un misirli futbolçusu Mohamed Salah bu mövsüm üçün əsas hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, Salah "Sky Sports"a müsahibə verən zaman əsas hədəfini Premyer Liqanı qazanmaq olduğunu söyləyib.

"Bu il çox fərqli hiss edirəm. Bu mövsüm əsas hədəfim Premyer Liqanı qazanmaqdır. Bunun üçün əla şansımız var. Unutmayın ki, ən önəmlisi çox çalışmaqdır. Bizdə bunu edirik", - deyə M.Salah bildirib.

Qeyd edək ki, "Liverpul" 42 xalla çempionata başçılıq edir.