Samboçumuz erməni rəqiblə qarşılaşacaq

"Minsk 2019" 2-ci Avropa Oyunlarında sambo yarışları davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Ağasif Səmədov (52 kq) 1/4 finalda litvalı Gintaras Katkusa qalib gəlib - 5:0. Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olub. Səmədov bu görüşdə 4:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakidzisə uduzub. Hesab 1:1 olsa da, rəqib görüşü sonuncu xal prinsipi ilə qalib kimi başa vurub. Qarayev təsəlliverici görüşdə estoniyalı Vadim Fominlə üz-üzə gələcək.

Abdulla Abdullayev (74 kq) isə xorvatiyalı Dino-Dominik Sumpora məğlub olub - 3:4. O, təsəlliverici görüşdə ermənistanlı Arsen Qazaryanla qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir samboçusu Mehman Xəlilov (57 kq) erməni Maksim Manukyana 9:1 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.