Samboçumuz erməni üzərində qələbə ilə bürünc medal qazandı

Samboçumuz Mehman Xəlilov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.

Sportline.az xəbər verir ki, 57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə ermənistanlı  Maksim Manukyanla üz-üzə gələn Mehman Xəlilov 9:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.