Samboçumuzdan gümüş medal

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu Ağasif Səmədov final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, Ağasif Səmədov (52 kq) finalda  dünya çempionu Ermənistan idmançısı Tiqran Kirakosyanla qarşılaşıb. 0:4 hesabı ilə məğlub olan samboçumuz gümüş medalla kifayətlənib.