Samedov istəyinə çatdı

Rusiya millisinin Azərbaycan əsilli futbolçusu Aleksandr Samedovun Moskva "Spartak"ına keçidi reallaşıb. Sportline.az xəbər verir ki, "Lokomotiv" rəhbərliyi ilə danışıqları uğurla tamamlayan Rusiyanın ən titullu klubu yetirməsini geri qaytarmağı bacarıb. Rusiya mətbuatının yaydığı xəbərlərdə transferin 3 milyon yarım avroya başa gəldiyi bildirilir. Samedov isə, ilinə 1,8 milyon avro qazanacaq.