Samedov "Spartak"a ona görə qayıdıb ki...
Moskva "Lokomotiv"indən "Spartak"a transfer olunan Aleksandr Samedov Matç ty-yə müsahibəsində doğma komandasına kömək etmək üçün "qırmızı-ağlar"ın düşərgəsinə qayıtdığını bildirib. Sportline.az xəbər verir ki, 12 ildən sonra "Spartak"a dönən yarımmüdafiəçi komandanın lideri Kvinsi Promeslə eyni mövqedə oynadığına görə narahat olmadığını açıqlayıb. İtaliya futboluna rəğbət bəslədiyini deyən 32 yaşlı futbolçu baş məşqçi Massimo Kareranın komandanı çempionluğa daşıyacağına da inandığını vurğulayıb.