Samedov transferinə öz cibindən pul ödəyib
Aleksandr Samedovun Moskva "Spartak"ına transferi rəsmiləşib. Rportline.az Sports.ru-ya istinadə xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin keçidi "Lokomotiv"ə 4 milyon avro qazandırıb. Bu məbləğin bir hissəsini Samedov özü ödəyib. Qeyd edək ki, futbolçu yetirməsi olduğu klubda ilinə 1,8 milyon avro qazanacaq.