Samedovun "Spartak" sevdası baş tutmaya bilər
Moskva “Spartak”ı Aleksandr Samedovun transferinə 2 milyon Avrodan artıq ödəmək niyyətində deyil. Sovsport.ru saytının yaydığı xəbərdə bildirilir ki, 5 milyon Avro istəyən “Lokomotiv” rəhbərliyi yarımmüdafiəçinin keçidinə hələ tam razılıq verməyib. Məsələnin həftəsonu həll olunacağı gözlənilir. “Spartak” Samedovla iki il yarımlıq müqavilə imzalamağa hazırlaşır. Transfer alınsa, 32 yaşlı futbolçu ilinə 1,8 milyon Avro qazanacaq.