Samedovun taleyinə gələn həftə aydınlıq gətiriləcək
Moskva “Lokomotiv”inin Azərbaycan əsilli futbolçusu Aleksandr Samedovun “Spartak”a keçidi hələ də həllini tapmayıb. Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məsələyə yanvarın 12-də aydınlıq gətirilməlidir. Hazırkı vəziyyətdə “dəmiryolçular” “Spartak”ın təklif etdiyi 2 milyon avroya razılaşmırlar. “Loko” rəhbərliyi 32 yaşlı yarımmüdafiəçi üçün 5 milyon avro tələb edir.