Samir Abasov: "Heç-heçəyə görə sevinmirəm”
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 16-cı turunda "İnter"lə oyundan (2:2) sonra mətbuat konfransı keçirib.
SportLine.az-ın futbolxeber.az-a istiandən yaydığı xəbərə görə, o, qarşılaşma haqda fikirlərini bildirib.
- Maraqlı oyun izlədik. "İnter"lə oynamaq bizə həmişə çətin olur. Etiraf edim ki, heç-heçəyə görə sevinmirəm. Bərabərliklərlə uzağa getmək olmaz.
- Nəticəni məntiqli sayırsız?
- Nəticə ədalətlidir. Sadəcə, evdə oynadığımızdan qalib gəlmək istəyirdik.
- Səmimi deyin, 1:2-dən sonra oyunun getdiyini düşündünüz?
- Etiraf edim ki, əlimi oyundan üzmüşdüm.
- Deyirsiz maraqlı oyun oldu. Ancaq oyunda sürət yox idi axı. Siz tapşırmışdız oyunu qurutsunlar, yoxsa futbolçularınız rəqibin ad-sanından çəkindi?
- Razılaşıram. Futbolçulara tempi aşağı salmaq tapşırığı verməmişdim. Çernışovun sürətinə güvənirdim. O da məşqdəki futbolu ortaya qoymadı. Əvəzetmədən oyuna daxil olanlar isə bəlkə də rəqibin adından çəkindi.
- Fərhad Vəliyevin oyununu şərh edərdiniz...
- Fərhadda yerdən-göyə qədər razıyam. Oyunda da, paltardəyişmə otağında da, o, komandanın lideridir.