Samir Abbasov Zaqreb "Dinamo"sunun düşərgəsində

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov və akademiyanın koordinatorları Baba Əsgərovla  Sabir Əliyev Zaqreb “Dinamo”sunun düşərgəsinə yollanıb. 

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, təcrübə qazanmaq məqsədi ilə 15-20 may tarixlərində baş tutacaq səfər AFFA-nın və Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilib. 

Qeyd edək ki, təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq. 

Banner