Samir Məsimov rəsmən "Domjale"də
“Neftçi” klubunun futbolçusu Samir Məsimovun Sloveniya “Domjale”sinə keçidi rəsmiləşib. SportLine.az-ın məlumatına görə, klubun rəsmi saytında yayılan xəbərdə onun yeni klubu ilə 3 illik müqavilə bağladığı bildirilir. 20 yaşlı futbolçu artıq “Domjale”nin Antalyadakı təlim-məşq toplanışına qatılıb.
Əlavə məlumat üçün bildirək ki, sözügedən komanda Sloveniyanın iddialılarından sayılır. “Domjale” cari mövsümün 22 turundan sonra 38 xalla “Lyublyana” və “Maribor”un ardınca 3-cü pillədə qərarlaşıb.