Samir Məsimov Sloveniya klubunda

“Neftçi”nin yarımmüdafiəçisi Samir Məsimov bundan sonra “Domjale” klubunun formasını geyinəcək. 

SportLine.az klubun saytına istinadən xəbər verir ki, Sloveniya təmsilçisindən gələn rəsmi təklifdən sonra “Neftçi” futbolçunun karyerasını xaricdə davam etdirməsinə şərait yaratmaq üçün onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. 

“Domjale” klubu yerli çempionatda 22 turdan sonra “Lyublyana” və “Maribor” klublarından sonra 3-cü pillədə qərarlaşıb.