Samu Aqhehovanın transfer qiyməti açıqlanıb

"Porto"nun forvardı Samu Aqhehovanın transfer qiyməti açıqlanıb.

Sportline.az xəbər verir ki, Portuqaliya klubu 21 yaşlı futbolçu üçün 52.5 milyon avro tələb edir.

Bu haqda "Estadio Deportivo" nəşri məlumat yayıb.

Qeyd edək ki, Aqhehovanın klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.