Samuel Eto Rusiya klubunun düşərgəsində

Kamerunlu forvard Samuel Eto Rusiyanın "Amkar" klubunun düşərgəsində olub. Sportline.az xəbər verir ki, bu Antalyada toplanışda olan komandanın baş məşqçisi Hacı Hacıyevin təşəbbüsü ilə baş tutub. Permlilər tərəfindən mehriban qarşılanan afrikalı ulduza klubun forması hədiyyə edilib. Öz növbəsində həmkarlarına uğurlar arzulayan 36 yaşlı hücumçu "Amkar"la yaşıl meydanlarda da qarşılaşmaq arzusunu dilə gətirib. Qeyd edək ki, Eto Hacı Hacıyevlə karyerasının "Anji"dönəmində tanış olub.