Sançez üçün iki variant: "Çelsi" və "Arsenal"
Növbəti mövsüm Çempionlar Liqasında qalib olmağı planlaşdıran "Çelsi" heyətini gücləndirmək barədə düşünür.
SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, Baş məşqçi Antonio Konte "Arsenal"ın ulduzu Aleksis Sançezin xidmətində maraqlıdır. Çilili hücumçu isə karyerası ilə bağlı yekun qərara mövsümün sonunda gələcək.
Bu yay müqavilə müddəti bitəcək A.Sançezin menecerinin verdiyi məlumata görə, futbolçu daha bir il "topçular"ın şərəfini qoruya bilər. Ancaq təklifdən asılı olaraq "Çelsi"yə də keçidi mümkündür.
Qeyd edək ki, A.Sançezin "Barselona"ya qayıtması da gündəmdədir.