Sanço Almaniyaya qayıdır

“Aston Villa”da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Ceydon Sanço karyerasını yenidən Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “Borussiya Dortmund” sabiq oyunçusunu geri qaytarmaq niyyətindədir.

Bu haqda “Football İnsider” nəşri məlumat yayıb.

Qeyd edək ki, Sanço müqavilə əsasında “Mançester Yunayted”ə məxsusdur.

O, bu mövsüm 13 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.