Sanço İtaliya nəhənginə transfer olmağa yaxındır

Ötən mövsümü "Çelsi"də icarə əsasında keçirən ingiltərəli futbolçu Ceydon Sanço karyerasını "Yuventus"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Dunkan Kastles məlumat yayıb.

Turin klubu bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək.

Qeyd edək ki, C.Sançonun meneceri hazırda İtaliyadadır.

Transfer son bu həftə rəsmləşəcək