"Sanderlend"in oyunçusu İngiltərə nəhənglərinin transfer hədəfindədir

"Sanderlend"in qapıçısı Robin Roefs İngiltərə nəhənglərinin maraq dairəsinə düşüb.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Çelsi", "Mançester Siti" və "Liverpul" 23 yaşlı kiper üçün hərəkətə keçib.

"Sanderlend" Robin Roefs üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, sözügedən qapıçı bu mövsüm meydana çıxdığı 25 matçda qapısında 27 top görüb.