Santuş milli komandada işini davam etdirəcək
"Portuqaliyalı futbol mütəxəssisi Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil".
Sportline.az xəbər verir ki, bunu AFFA-nın içraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun komandadakı taleyi ilə bağlı danışıb:
“Santuş hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimindədir. İş başındadır və işini davam etdirir”.
Xatırladaq ki, daha əvvəl portuqaliyalı mütəxəssisin Azərbaycan millisindən göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.